Quba və Xaçmazda “Vətən Bağı” salınıb. Bu barədə ShimalNews 14 dekabr tarixində Paşa Holding LLC-nin Facebook səhifəsinə istinadən məlumat verir.

Ağacəkmə layihəsinin əsas məqsədi, şəhidlərin adına ağac əkməklə xatirələrini əbədiləşdirməkdir. Burada ümumilikdə 600 ağac əkilib.

Qeyd edək ki, layihə Paşa Holding, “Qırmızı Ürəklər” fondu və Kapital Bankın birgə təşkilatçılığı ilə həyata keçirilib.