Qubada bu gün şəhid Ömər Mustafayevin adına parkın açılışı baş tutacaq. Bu barədə ShimalNews-a 14 dekabr tarixində məlumat daxil olub.
Açılış mərasimi Amsarqışlaq kəndində saat 11:00-da keçiriləcək. Tədbirdə icra hakimiyyəti və dövlət qurumlarının nümayəndələri, şəhid ailələri, qazilər və kənd camaatı iştirak edəcəyi gözlənilir.
Parkda yaşıllaşdırma, işıqlandırma və döşəmə işləri görülüb. Həmçinin oturacaqlar, söhbətgah və uşaqlar üçün əyləncə məkanı ayrılıb.
Daha öncə, oktyabr ayında adı çəkilən parkın inşasının başlanması haqqında məlumat vermişdik.

