Qubada suvarma kanalı zibillə dolur və daşır. Bu barədə ShimalNews-a 14 dekabr tarixində məlumat daxil olub.

2-ci Nügədi kənd sakinləri bildiriblər ki, təsərrüfat və bağ suvarması üçün istifadə olunan kanal zibillənir. Tullantılar çoxaldıqda suyun qarşısını alaraq bənd yaradır. Bu səbəbdən ətraf əraziyə su daşaraq zibili yayır. Beləliklə natəmizlik və antisanitar vəziyyət müşahidə olunur.

Daha öncə, Qubada Samur-Abşeron su kanalına tullantılar atılması haqqında məlumat vermişdik.

Photo Shimal.News
Photo Shimal.News