Xudatda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews-a 13 dekabr tarixində məlumat daxil olub.

Hadisə 12 dekabr saat 17:20 radələrində Mirzə Fətəli Axundov küçəsinin dairəsində qeydə alınıb. “Qazel” markalı yük avtomobili “VAZ-2107” markalı minik avtomobili ilə toqquşub. Qəza zamanı xəsarət alan olmayıb.

Əraziyə yol polis əməkdaşları cəlb olunub.

Daha öncə, Xudatda yol kəsişməsində baş vermiş qəza haqda məlumat vermişdik.

Photo Shimal.News
Photo Shimal.News