Xaçmazda Ulu Öndər Heydər Əliyevin anım günü keçirildi. Bu barədə ShimalNews 13 dekabr tarixində trend-ə istinadən məlumat verir.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri Heydər Əliyevin abidəsini ziyarət ediblər. Onlar abidənin önünə gül-çiçək dəstələri düzüblər və ruhuna ehtiram nümayiş etdiriblər.
Dünya şöhrətli siyasətçi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il keçir.