Xaçmaz sakini qanunsuz balıq ovlayarkən saxlanılıb. Bu barədə ShimalNews 13 dekabr tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səhifəsinə istinadən məlumat verir.

Nəzarət tədbirləri Xəzər dənizi sahillərində və Yenikənd su anbarında keçirilib. Araşdırma zamanı onun rayon sakini Xəqani Müseyibov olduğu müəyyən edilib. Müseyibovdan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktla bağlı protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Qeyd edək ki, reyd Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılıb.