Xaçmazda birmərtəbəli evdə yanğın baş verib. Bu barədə ShimalNews 13 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinin səhifəsinə istinadən məlumat verir.

Hadisə Şərifoba kəndində baş verib. Ümumi sahəsi 153 kvadrat metr olan birmərtəbəli evin yanar konstruksiyaları 20 kvadrat metr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb.