Xaçmazda minik avtomobili ictimai nəqliyyat vasitəsilə toqquşub. Bu barədə ShimalNews-a 13 dekabr tarixində məlumat daxil olub.

Hadisə 12 dekabr saat 20:50 radələrində Nəriman Nərimanov prospektində qeydə alınıb. “Vaz” markalı minik avtomobili idarəetməni itirərək sərnişin daşıma avtobusu ilə toqquşub. Qəza zamanı xəsarət alan olmayıb.

Daha öncə, Xaçmazda 2 eyni markalı avtomobilin toqquşması haqda məlumat vermişdik.

Photo Shimal.News
Photo Shimal.News