Qubada saat 13:30-da zəncirvari qəza baş verib. Bu barədə ShimalNews-a 13 dekabr tarixində məlumat daxil olub.
Heydər Əliyev prospektində “VAZ”, “Mercedes”, “Toyota” markalı avtomobillər toqquşub. Xəsarət alan yoxdur.
Şahidlərin sözlərinə görə, “Toyota” öndə olan “Mercedes” avtobusunu vurub. Nəticədə sonuncu, dönmə əməliyyatını edən “VAZ” avtomobili ilə toqquşub. Hal-hazırda DYP-nin əməkdaşlarının gəlməsi gözlənilir.
