Quba–Qonaqkənd yolunda telefon naqillərinin ötürücü dirəyi bərpa olundu. Bu barədə ShimalNews-a 13 dekabr tarixində məlumat daxil olub.
Güclü küləyin nəticəsində əyilən dirək təmir olundu. Telefon dirəyi adı çəkilən yolun 1-ci Nügədi kənd ərazisində yerləşir.
Daha öncə, sözügedən dirəyin qəzalı vəziyyətdə olduğu haqda məlumat vermişdik.