Xaçmaz rayon Heydər Əliyev Mərkəzində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Bu barədə ShimalNews 11 dekabr tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən məlumat veririk.

Tədbirdə Mədəniyyət İdarəsinin və rayon İcra Hakimiyyətinin işçiləri, həmçinin, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlk öncə qonaqlar Mərkəzin foyesində Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Sonra tədbirin aparıcısı çıxışında Dahi Azərbaycan şairin həyat və yaradıcılığı haqqında danışıb. Tədbir məktəbin müəllim və şagirdlərinin çıxışları ilə davam edib.

Məktəbin xanəndə müəllimi Nurlan Zeynalov şairin “Sənsiz” qəzəlini, xanəndə Saleh Novruzlu “Şur” təsnifini ifa edib, xareoqrafiya şöbəsinin şagirdləri “Arşın mal alan” operettasından Asiyanın ariyası, məktəbin şagirdi Amina Haşımova “Sevgili canan” rəqsləri ilə çıxış ediblər.

Qeyd edək ki, tədbir “Nizami Gəncəvi ili” çərçivəsində məktəbinin təşkilatçılığı ilə baş tutub.