Qusar rayon İcra Hakimiyyətində fermerlərlə görüş təşkil olunub. Bu barədə ShimalNews 11 dekabr tarixində rayon İcra Hakimiyyətinin Facebook səhifəsinə istinadən məlumat verir.

Kənd Təsərrüfatı Nazirliyinin rayona ezam edilmiş məsul şəxsləri ilə birlikdə fermerlərə aqrar sahəyə dövlət dəstəyi mexanizmləri izah olunub. Onlara payızlıq əkinlərə görə subsidiyaların vaxtında alınması üçün əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində dekabr ayının 30-a kimi bəyan olunması bildrilib.

Bununla əlaqədar sözügedən sistemdə

  • şəxsi kabinetinin aktivləşdirilməsi
  • məlumatların sistemə daxil edilmə müddətləri və ardıcıllığı
  •  torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər
  • bəyan prosesinə fermelərə texniki köməklik göstərilməsi üçün təşkil olunan səyyar xidmətlər
  • aqrokimyəvi analizlərin vacibliyi
  • aqrar sığorta mexanizmi və digər məsələlər dair məlumat verilib.

Tədbirdə iştirakçıların sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.