Qubada yol kəsişməsində bir sıra məsələ həllini gözləyir. Bu barədə ShimalNews-a 11 dekabr tarixində məlumat daxil olub.
M.F.Axundov və Mövlud Qonaqov küçələrinin kəsişməsində kanalizasiya quyusunun qapağı yoxdur. Sakinlərin sözlərinə görə, bu yeganə çatışmazlıq deyil. Piyada zolağının rəngi çoxdan solub və asfaltda çuxur əmələ gəlib. Avtomobillər burdan keçəndə ya quyuya düşəcək, ya bu çuxura. Həmçinin havanın qaranlıqda piyadalar quyuya düşə bilərlər.
Daha öncə, yolun hərəkət hissəsində kanalizasiya quyusunun qapağının olmaması haqqında məlumat vermişdik.
