Qubaya dəvə gətiriblər. Bu barədə ShimalNews-a 11 dekabr tarixində məlumat daxil olub.

Quba-Xudat istiqamətində, Susay kənd yolunun qırağına dəvə gətirilib. Onun bir müddət burada qalacağı bildirilib.

Sakinlərin sözlərinə görə, bölgə üçün nadir olan heyvan çox böyük marağa səbəb olub. Hər buradan keçən mütləq yaxınlaşıb video və şəkil çəkirlər.

Azərbaycanda hazırda dəvəçilik təsərrüfatı mövcuddur. Əsasən fərdi təsərrüfatlarda saxlanılır. Gələcəkdə bu sahənin inkişafı planlaşdırılır. Ölkədə dəvələrin ümumi sayının 200-300 baş arası olması qeyd edilir.

Photo Shimal.News
Photo Shimal.News