Qubada elektrik transformatorları təhlükə yaradır. Bu barədə ShimalNews-a 11 dekabr tarixində məlumat daxil olub.

Sakinlərin sözlərinə görə, Ağbil, Dəlləkli, Xanəgah və bir sıra digər kəndlərdə transformatorlar çəpərlə mühafizə olunmurlar. Bu səbəbdən heyvanlar, insanlar və ən əsası azyaşılı uşaqlar təhlükə ilə üzləşirlər.

Daha öncə, Qubada əhalini elektrik enerjisi ilə təmin etmək üçün işlərin aparılması haqqında məlumat vermişdik.

Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News