Quba məktəbində 3 gündür siniflərdə işıq yanmır. Bu barədə ShimalNews-a 11 dekabr tarixində məlumat daxil olub.
Əldə olunan məlumata görə, Alekseyevka kənd tam orta məktəbində dekabrın 8-dən elektrik təminatında çətinliklər yaşanır. Yüksək gərginlik xətlərinin təmirə ehtiyacı var.
Hal-hazırda generatorlar vasitəsilə yalnız istilik sistemi çalışır və koridor işıqlandırılır. Hava qaraldıqda siniflərdə dərslərin keçirilməsi mümkün olmur.
Məsələnin həlli üçün məktəb tərəfindən cavabdeh qurumlara müraciət olunub.