Qubanın Heydər Əliyev prospektində 3 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. Bu barədə ShimalNews-a 11 dekabr tarixində məlumat daxil olub.
Hadisə dekabrın 10-nu saat 17:00 radələrində qeydə alınıb. “Hyundai” markalı avtomobil hərəkətdə olan “VAZ-2106” markalı avtomobilə çırpılıb. Nəticədə “VAZ-2106” markalı avtomobil qarşıdakı “Mercedes” markalı avtomobillə toqquşub. Qəza zamanı xəsarət alan olmayıb.
Əraziyə polis cəlb olunub.

