Qubanın futbol komandası Region liqasının 7-ci turunda gücünü sınayacaq. Bu barədə ShimalNews 11 dekabr tarixində Region Liqasının instagram səhifəsinə istinadən məlumat verir.

Dekabrın 14-ü, saat 13:00-da “Şahdağ” Quba və paytaxtın “Davam” futbol komandaları qarşılaşacaq. Oyun Sumqayıtın “Kapital Bank Arena” stadionunda baş tutacaq.

Daha öncəki oyunda, Qubanın “Şahdağ” futbol klubu qələbəsini helikopter qəzasında həyatını itirən hərbiçilərimizə həsr etdiyi haqqında məlumat vermişdik.