ADPU-nun Quba filialında Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir baş tutub.  Bu barədə ShimalNews 11 dekabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Facebook səhifəsinə istinadən məlumat verir.

“Böyük ömrün səlnaməsi” adlı elmi-praktik tədbir dekabrın 10-u qeyd olunub. İlk öncə Ulu öndər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Filialın TGT sədr müavini Nicat Piriyevin və YAP GB sədri Nərmin Orucovanın moderatorluğu ilə nitqlər söylənilib.

Daha sonra “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda çıxış olub, “Şərəfli ömür” başlıqlı şeirləri dinlənilib, qiymətli kəlamlar əsasında kompozisiya səsləndirilib. Həmçinin Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoçarxlar da nümayiş olunub.