ADPU-nun Quba filialında növbəti dezinfeksiya işləri aparılıb. Bu barədə ShimalNews 11 dekabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Facebook səhifəsinə istinadən məlumat verir.

Universitetdə COVİD-19 virusuna yoluxmanın qarşısını almaq məqsədi ilə dezinfeksiya işləri mövcud qrafikə uyğun olaraq həyata keçirilib. Filialın inzibati binalarındakı bütün otaqlar, auditoriyalar, dəhlizlər, sanitar qovşaqlar koronavirus əleyhinə xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilib.

Qeyd edək ki, vətəndaşların sağlamlığının qorunmasının təmin edilməsi üçün dezinfeksiya işləri bundan sonra da davamlı olaraq həyata keçiriləcək.