Xaçmaz futbol komandasının məşqçisi AFFA intizam komitəsi tərəfindən cəzalandırılıb. Bu barədə ShimalNews 10 dekabr tarixində Azərbayan Futbol Federasiyası Assosiasiyasına istinadən xəbər verir.
UGİM komandasının məşqçisi Tural Cəlilov 3 oyun cəzalandırılıb. O, dekabrın 4-ü U-11 Liqasının Metak – UGİM oyununda, 36-cı dəqiqədə hakimi təhqir etmişdir.
Tural Cəlilov “Simurq”, “Xəzər Lənkəran”, “Rəvan”, “Zirə”, “Kəpəz” kimi klublarda futbolçu olub.