Ölkə üzrə tanınan, qubalı tele-aparıcının yubileyi qeyd olunur. Bu barədə ShimalNews 10 dekabr tarixində məlumat verir.

Azər Süleymanlı 2-ci Nügədidə dekabrın 10-nu 1986-cı ildə anadan olub. Məktəbdə oxuyarkən Quba rayonu ərazisində fəaliyyət göstərən “Xəyal TV”-də (indiki Qafqaz TV) aparıcılığa başlamışdır. Daha sonra “Regional TV”, “Space TV”, “Mədəniyyət” telekanallarında çalışmışdır. Bu gün isə “İctimai TV” -də karyerasını davam edir.

Azər fəaliyyəti boyu bir çox dövlət tədbirlərinin aparıcısı kimi çıxış etmişdir. O, həmçinin aparıcılığa dair mövzularda seminarlar keçirib. Ötən illər ərzində müxtəlif dövlət qurumları, təşkilatlar, ictimai birliklər tərəfindən fəaliyyətinə görə diplom və mükafatlara layiq görülmüşdür.