Qubada iri buynuzlu heyvanı avtomobil vurub. Bu barədə ShimalNews-a 10 dekabr tarixində məlumat daxil olub.

Hadisə Zərdabi qəsəbəsi ərazisində dekabrın 9-u, axşam saat 18:00 radələrində baş verib. “VAZ-2106” minik avtomobili gözlənilmədən yola çıxan dananı vurub. Nəticədə heyvan xəsarət alıb və nəqliyyat vasitəsi yararsız hala düşüb. Əraziyə DYP-nin əməkdaşları cəlb edilib.

Şahidlərin sözlərinə görə, dana nəzarətsiz idi. Qəzadan sonra onun sahibinə xəbər çatdırılıb.

Daha öncə, nəzarətsiz buraxılan atlar özlərinə və sürücülərə avtomobil yollarında təhlükə yaradmaları haqqında məlumat vermişdik.

Photo Shimal.News
Photo Shimal.News