Qubada təhsil işçiləri təltif edilib. Bu barədə ShimalNews 10 dekabr tarixində Quba Rayon Təhsil Şöbəsinin facebook səhifəsinə istinadən məlumat verir.

“5 oktyabr-Beynəlxalq Müəllimlər Günü” münasibətilə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Buna əsasən, rayonun bir sıra ümumtəhsil müəssisələrinin qabaqcıl müəllimləri fəxri fərmanlarla təltif edilib. Mərasim Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev tərəfindən icra olunub.

Siyahını diqqətinizə çatdırırıq:

1.Quba şəhər H.Əliyev adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi-Babayeva Arzu Rafiq qızı;

2.Quba şəhər A.Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin coğrafiya müəllimi-Vəliyeva Vüsalə Nəriman qızı;

3.Quba rayon M.Niftəliyev adına Texniki təmayüllü liseyin coğrafiya müəllimi-Zeynəddinov Elmar Hikmət oğlu;

4.Quba rayon İ.Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbin coğrafiya müəllimi-Tayıbov Ramiz Rafiq oğlu.