Qubada iki küçənin kəsişməsində yol qəzası baş verib. Bu barədə ShimalNews-a 10 dekabr tarixində məlumat daxil olub.

Hadisə saat 15:30 radələrində Fətəli xan küçəsinin Arif Hüseynzadə küçəsi ilə kəsişməsində qeydə alınıb. “Chevrolet” markalı avtomobil “Lada” markalı avtomobillə toqquşub. Qəza zamanı xəsarət alan olmayıb.

Daha öncə, Qubada baş vermiş yol qəzası haqda məlumat vermişdik.

Photo Shimal.News
Photo Shimal.News