Quba sakini narkotiklə tutulub. Bu barədə ShimalNews 10 dekabr tarixində DİN-nin mətbuat xidmətinə istinadən məlumat verir.

Şəhər sakini, əvvəllər məhkum olunmuş H.Cılqamlının yaşadığı evə baxış zamanı oradan heroin, marixuana və metamfetamin aşkar edilərək götürülmüşdür.

Əməliyyat tədbiri Baş narkotiklərlə mübarizə idarəsi və Quba RPŞ əməkdaşları tərəfindən birgə keçirilib.

Daha öncə, Qubada rayon sakinlərində narkotik vasitə aşkarlanması haqqında məlumat vermişdik.