Qubada qanunsuz silah-sursat saxlanılmasına dair profilaktiki tədbirlər aparılıb. Bu barədə ShimalNews 10 dekabr tarixində Report-a istinadən məlumat verir.

Quba rayonundan yanaşı digər rayonlarda da polis əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində 7 vətəndaşda müxtəlif markalı 7 ədəd ov tüfəngi aşkarlanıb. Onlar könüllü olaraq silahları polis şöbəsinə təhvil veriblər.

Qeyd edək ki, respublika üzrə vətəndaşlardan ümumilikdə 16 ədəd ov tüfəngi götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.