Qubada şəhid ailələrinin bir qrupu ilə icra başçısı görüş keçirib. Bu barədə ShimalNews 10 dekabr tarixində Quba Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

Rayon İcra Hakimiyyətində Ziyəddin Əliyev şəhid ailələri ilə görüşüb. Onları maraqlandıran məsələlər ətraflı dinlənilib. Məsələlərin həlli məqsədilə aidiyyəti məsul şəxslərə lazımi tapşırıq və tövsiyələr verilmişdir.

Daha öncə, Xaçmazda şəhid ailələri ilə görüş keçirilməsi haqqında məlumat vermişdik.