Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews-a 9 dekabr tarixində məlumat daxil olub.

Hadisə Xaçmaz-Bakı yolunda, Vəlvələ çay yaxınlığında dekabrın 8-i, saat 18:30 radələrində baş verib. “VAZ” və “Kia” markalı minik avtomobilləri toqquşub. Əraziyə DYP-nin əməkdaşları cəlb edilib.

Şahidlərin sözlərinə görə, “VAZ” avtomobilinin sürücüsü yüngül xəsarət alıb. Onu Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırıblar.

Photo Shimal.News
Photo Shimal.News