Xaçmazlı şəhidin əşyaları muzeyə əmanət edilib. Bu barədə ShimalNews 9 dekabr tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.

Xaçmaz Tarix Diyarşünaslıq muzeyində tədbir keçirilib. Xəyalə Fərəcova həyat yoldaşı Şəhid Fəxrəddin Fərəcovun əşyalarını muzeyə təqdim edib.

28 yaşlı Şəhid Fərəcov Vətən müharibəsində Cəbrayıl, Füzuli, Hadrut və Xocavəndin azad olunması uğrunda qəhrəmanlıqla döyüşüb. Oktyabrın 23-də Xocavənd istiqamətində şəhidlik zirvəsinə ucalmışdır.