Xaçmazda “Teatr Əsaslı İngilis dili” təlimi baş tutub. Bu barədə ShimalNews 9 dekabr tarixində xachmaz.gencleri instagram səhifəsinə istinadən məlumat verir.

‌İngilis dilini interaktiv yollarla öyrənmək istəyən gənclər üçün Xaçmaz GİKM-də ilk təlim keçirilib. Təlim zamanı birinci növbədə müəllimlərlə tanışlıq və layihənin gedişatı haqqında gənclərə məlumat verilib.

Layihə ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə, Ritual Mobil Teatr Laboratoriyası və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Əlaqə nömrəsi: 050 999 05 67
Ünvan: Xaçmaz şəhər Nəriman Nərimanov 72 A

Daha öncə, Qusarda teatr əsaslı təlim haqqında məlumat vermişdik.