Xaçmazda keçiriləcək sınaq imtahanlarına qeydiyyat bu gün başa çatır. Bu barədə ShimalNews 9 dekabr tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə istinadən məlumat verir.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat bu gün 9 dekabr saat 23:59-dək davam edəcək. Qəbul imtahanı modelinə uyğun sınaq imtahanı dekabrın 19-da keçiriləcək.

Daha öncə, sınaq imtahanının keçirilmə qaydaları, qeydiyyat linkləri və ödəniş məbləğləri haqqında məlumat vermişdik.