Xaçmazlı şəhid ailələri icra başçısı tərəfindən ziyarət olunublar. Bu barədə ShimalNews 9 dekabr tarixində Xaçmaz rayon İcra Hakimiyyətinin rəsmi səhifəsinə istinadən məlumat verir.

Vətən müharibəsi şəhidləri Kərəm Veyisov və Elşən Ağasıyevin ailələri Elnur Rzayev tərəfindən ziyarət edilib. Qəhrəmanlarımızın xatirəsi ehtiramla anılıb. Canlarından keçmiş Vətən övladlarının xatirəsinin daim uca tutulacağı vurğulanıb.

Avqustun 18-i, Xaçmaz şəhərində küçələrdən birinin şəhid Kərəm Vəyisovun adını daşıyacağı haqqında məlumat vermişdik.