Xaçmaz rayonunda 4 yeni artezian quyusu qazılacaq. Bu barədə ShimalNews-a 9 dekabr tarixində məlumat daxil olub.

Layihə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən icra olunur. Bununla əkinçiliyə və kənd təsərrüfatına dəstək göstəriləcək. Artıq Xudat-Yalama yolunda quyulardan 1-i qazılır.

İşçilərin sözlərinə görə, quyuları 200-300 metr dərinlikdə qazmaq lazımdır ki, su öz təzyiqi ilə gəlsin. Ümumilikdə 4 artizian quyusu qazılacaq.