Qubanın Vəlvələ kəndində 13 dekabr tarixində səyyar vaksinasiya təşkil olunacaq. Bu barədə ShimalNews-a 9 dekabr tarixində məlumat daxil olub.

Vaksinasiya saat 9:00-dan 18:00-a kimi Vəlvələ İcra Nümayəndəliyinin binasında keçiriləcək. 18 yaşdan yuxarı vətəndaşlar burada COVİD-19 infeksiyasına qarşı 1-ci, 2-ci, 3-cü doza vaksin ala bilərlər.

Daha öncə, həmin kənddə baş tutan səyyar vaksinasiya haqda məlumat vermişdik.