Quba şəhər uşaq musiqi məktəbində Heydər Əliyevə həsr olunan tədbir keçirilib. Bu barədə ShimalNews 8 dekabr tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.

Xanəndəlik sinfində “Ümumilli lider Heydər Əliyevin milli musiqimizin inkişafında rolu” mövzusunda dərs təşkil olunub. Məktəb müəllimi Coşqun Beydullayev şagirdlərə Heydər Əliyevin şəxsiyyəti haqqında geniş məlumat verib.

Həmçinin bildirilib ki, Ulu Öndər, dahi bəstəkar Üzeyir Hacıbəyovun irsinə böyük dəyər verirdi və doğum gününün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunması haqqında sərəncam imzalamışdır.

Sonda şagirdlər Heydər Əliyevin çox xoşladığı “Alagöz” və “Küçələrə su səpmişəm” mahnılarını ifa ediblər.