Qubada gənc xanımlardan ibarət komandalar ilk futbol məşqini keçiriblər. Bu barədə ShimalNews 9 dekabr tarixində Quba Gəncləri Facebook səhifəsinə istinadən məlumat verir.

Məqsəd xanımlar arasında futbolun inkişafına töhfə vermək və gəncləri sağlam həyat tərzinə həvəsləndirməkdir. Rayonda yaşayan, futbol idman növünə marağı olan müxtəlif yaş kateqoriyasından gənc xanımlar iştirak edə bilərlər. Layihə davamlı xarakter daşıyır.

Qeyd edək ki, məşqlər Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin təşkilatçılığı ilə Kamran Əlimərdanov və Aytac Əhmədova tərəfindən keçirilir.