Quba rayon Zərdabi qəsəbə tam orta məktəbin hazırladığı Zəfər yolu lahiyəsi Bakıda festivalda nümayiş olunacaq. Bu barədə ShimalNews 9 dekabr tarixində Quba Rayon Təhsil Şöbəsinin facebook səhifəsinə istinadən məlumat verir.
“Ağıllı yollar (smart way)” layihəsi fizika müəllimi Malik Babazadə və 8a sinif şagirdləri ilə birgə hazırlanıb. 9-10 dekabr tarixlərində “Baku Ekspo Mərkəzi”ndə STEAM Azərbaycan festivalında nümayiş olunacaq.
Qeyd edək ki, bu layihə bir neçə məktəb arasından seçilib.