Quba rayon Zərdabi qəsəbəsi məktəbinin müəllim və şagirdləri rayon Heydər Əliyev Mərkəzində ekskursiyada olublar. Bu barədə ShimalNews 9 dekabr tarixində mərkəzin Facebook səhifəsinə istinadən məlumat verir.

İlk öncə iştirakçılar Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra qonaqlar Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiya bölmələri ilə tanış olublar.

Sonda ekskursiyaçılar “Heydər Əliyev – xatirələrdə” sənədli filmini izləyiblər.