Şimal bölgəsində pilot siniflərdə monitorinq həyata keçirilir. Bu barədə ShimalNews 9 dekabr tarixində Azərbaycan Respublikasının Təhsil Institutuna istinadən məlumat verir.

Dekabrın 20-dək Xaçmaz (Xudat), Quba və Qusar rayonlarında ehtiyat dərsliklərin tətbiq olunduğu siniflərdə monitorinq həyata keçirilir. Məqsəd isə 3 və 4-cü siniflərdə Azərbaycan dili (tədris dili və dövlət dili), riyaziyyat, ingilis dili və 5-ci sinifdə təbiət fənni üzrə yeni hazırlanmış dərsliklərin tətbiqində çətinliklərin araşdırılmasıdır. Həmçinin, müəllimlərin yeni dərsliklərlə bağlı irad və təklifləri dinlənilir. Üstəlik şagirdlərin mövzuları nə dərəcədə mənimsədikləri yoxlanılır.

Daha öncə, Quba şagirdlərinin inklüziv siniflərdə təhsilə başladıqları haqqında məlumat vermişdik.