Xaçmaz şəhərində yol səthində təmir işləri aparılır.  Bu barədə ShimalNews-a 8 dekabr tarixində məlumat daxil olub.

Hacı Zeynalabdin Tağıyev küçəsində kanalizasiya borularının nasazlığı səbəbindən, asfalt çökmüşdür. Hal-hazırda adıçəkilən ərazidə təmir işləri aparılır. Ərazi mühafizə olunub, texnika və işçi qüvvəsi cəlb edilib.

Avtomobillər üçün hərəkət məhdudlaşdırılıb.

Daha öncə, Xaçmazda Zərifə Əliyeva küçəsində yolun hərəkət hissəsində asfalt çökdüyü haqqında məlumat vermişdik.