Xaçmaz rayonunda ot bağlaması yanıb. Bu barədə ShimalNews 8 dekabr tarixində FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Gödəkli kəndində 50 kvadrat metr sahəsi olan talvarın altına yığılan 6 ton ot bağlamasının 3 tonu yanıb. Yanğından mühafizə bölmələri tərəfindən qalan ərazi mühafizə olunub.

Daha öncə, “LukOil” yanacaq doldurma məntəqəsində yük avtomobilinin yanması haqqında məlumat və video dərc etmişdik.