Qubada ümummilli Lider Heyder Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirilib. Bu barədə ShimalNews 8 dekabr tarixində “Xaçmaz Regional Mədəniyyət İdarəsi”nin rəsmi facebook səhifəsinə istinadən məlumat verir.

Amsar, Aşağı Xuc, Digah, Hacıhüseynli, Xucbala, Qalaxudat və Talabıqışlaq kənd kitabxana filiallarında tədbirlər baş tutub. Məktəblilər ulu öndəri yad edib, şeirlər söyləyib, onun həyatı haqqında inşalar oxuyublar.