Quba rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən Müharibəsi şəhidinin doğum gününü anıblar. Bu barədə ShimalNews 8 dekabr tarixində Mərkəzin Facebook səhifəsində məlumat paylaşılıb.

Əməkdaşlar Daxili Qoşunların baş çavuşu olan şəhid Surxay Mehdiyevin məzarını ziyarət ediblər. Onlar məzarın üzərinə gül dəstələri qoyublar və xatirəsini ehtiramla yad ediblər.

Surxay Ağdam rayonunun Xıdırlı kəndində anadan olub. Mehdiyev, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ölümündən sonra o, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif edilib.