Qubanın kənd təhsil müəssisələrində narkomaniyaya qarşı tədbirlər keçirilib. Bu barədə ShimalNews 8 dekabr tarixində “Xaçmaz Regional Mədəniyyət İdarəsi”nin rəsmi facebook səhifəsinə istinadən məlumat verir.
N.Rzayev adına Əspərasti kənd tam orta məktəbində və Şuduq kənd kitabxana filialında narkotiklərin yaratdığı təhlükəyə qarşı maarifləndirmə aparılıb. “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat” mövzusu çərçivəsində şagirdlərə ətraflı məlumat verilib.
Daha öncə, Qubada şagirdlərə “Ağ ölüm”lə bağlı söhbət aparılması haqqında məlumat vermişdik.