Quba kəndlərində elektrik enerjisi təminatında fasilə yaranıb. Bu barədə ShimalNews-a 8 dekabr tarixində məlumat daxil olub.

Alekseyevka, Timiryazev, Nərimanabad, İğrıq, Zizik və yaxın olan kəndlərdə işıq yoxdur. Bu gün səhər saat 11:00 radələrindən başlayan bu hal indiyədək davam edir.

Əldə olunan məlumata görə, bu yüksək gərginlikli xətlərində təmir işləri ilə əlaqədardır. Yaxın bir neçə saatda məsələ həllini tapacaq.