Quba rayonu Güləzi kəndinin Folklor klubunun və kitabxanasının əməkdaşları ekskursiyada olublar. Ekskursiya rayon Heydər Əliyev Mərkəzində baş tutub. Bu barədə ShimalNews 8 dekabr tarixində mərkəzin Facebook səhifəsinə istinadən məlumat verir.
İlk öncə qonaqlar Quba şəhidlərinin lövhəsi ilə tanış olublar. Daha sonra iştirakçılara mərkəz barəsində danışılıb. Onlara Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında ətraflı məlumat verilib.