Qubada “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda seminar keçirilib. Bu barədə ShimalNews 8 dekabr tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) istinadən məlumat verir.

Tədbir DQİDK-nin təşkilatçılığı ilə Quba dövlət sosial iqtisadi kollecində keçirilib. Burada qurumun əməkdaşı Fərid Məmmədov, kollecin müəllim və tələbələri iştirak ediblər.

Seminarda məişət zorakılığı və ya ailədə zorakılıq halları cəmiyyət üçün təhlükəli olması vurğulanıb. Problemin həlli üçün hərtərəfli yanaşma və məqsədli tədbirlərə ehtiyac olduğu bildirilib. Həmçinin, maarifləndirmə işinin gücləndirilməsi prioritet sayılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və dini maarifləndirici ədəbiyyatlar tələbələrə hədiyyə olunub.