Xaçmazda Vətən müharibəsi şəhidinin ildönümü qeyd olunur. Bu barədə Facebook sosial şəbəkədə məlumat paylaşılıb.

İlk olaraq şəhid Cabar Əkbərovun məzarı ziyarət olunub. Daha sonra “Şəhzadə” sarayında şəhidin adına ehsan süfrəsi veriləcək. Mərasimə hər kəs dəvətlidir.

Cabar 17 iyul 2002-ci ildə Müşviq kəndində anadan olub. Əkbərov Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Ölümündən sonra o, “Vətən uğrunda” , “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Daha öncə, şəhid Davud Hacıyevın ildönümü mərasimi haqda məlumat vermişdik.