Xaçmazın Çiləgir kənd tam orta məktəbində “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Bu barədə 7 dekabr tarixində ShimalNews Daxili İşlər Nazirliyinin Facebook səhifəsinə istinadən məlumat verir.

Tədbir rayon Polis Şöbəsinin təşkilatçılığı ilə baş tutub. Çıxış edən polkovnik-leytenant Həmid Həsənov şagirdlərə narkotik asılılığının törətdiyi fəsadlarla bağlı ətraflı məlumat verib. Həmçinin, narkotikin insan həyatına və sağlamığına vurduğu zərərlərdən danışıb.

Daha sonra iştirakçılara narkotik vasitələrin fəsadlarından bəhs edən film nümayiş etdirilib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.